“Ərəb baharı” artıq Rusiyaya gəlib”

Makkeyn Putinin seçkisini “fırıldaq” adlandırdı

Amerikalı senator Con Makkeyn Rusiyadakı son seçkiyə kəskin qiymət verib. Makkeyn CNN-ə müsahibəsində bildirib ki, bu seçkilər saxtalaşdırılıb və nəticələri hakimiyyət üçün yaxşı olmayacaq. “Rusiyada seçkilər fırıldaq oldu. “Ərəb baharı” artıq Rusiyaya gəlib və o davam edəcək. Biz yeni, müasir dünyada yaşayırıq. Bu, 21-ci əsrdir. Mən əminəm ki, rus xalqı bu korrupsioner hakimiyyətə dözməyəcək”- deyə o, bildirib.
Respublikaçı senator Makkeyn Putin Rusiyasına qarşı aqressiv mövqeyi ilə tanınır. Bir müddət əvvəl onun Rusiyadakı parlamanet seçkiləri ilə əlaqədar Putinə ünvanaladığı “Vlad, ərəb baharı sizə tərəf gəlir” mesajı ciddi hay-küyə səbəb olmuşdu.

İnformasiya şöbəsi