Çeçenistanda görünməmiş seçki rüsvayçılığı
Rusiyada bazar günü keçirilən prezident seçkilərinin saxtalaşdırılmasıyla bağlı hər gün yeni iddialar yayılır. Çeçenistandakı bir seçki məntəqəsində baş verənlər daha rüsvayçı faktlardır. Ramzan Kadırovun rəhbərlik etdiyi respublikadakı 451 nömrəli seçki məntəqəsində 1389 seçici qeydiyyatda olsa da Vladimir Putinə 1482, rəqibi Qennadi Zyuqanov isə 1 səs yazılıb.


