Bakıda və Şamaxıda dəhşətli yol qəzaları:Ölən və yaralananlar var

Bu gün saat 13:50 radələrində Bakı şəhərin Xətai rayonu ərazisində Xətai metrostansiyası yaxınlığında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerində olan Xətai rayonu Polis İdarəsi 37-ci polis bölməsinin əməliyyat müvəkkili Rövşən Camalovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza zamanı 4 avtomobil toqquşub və bir piyada vurulub.

Belə ki, “Nissan Qashqai” markalı 90 XK 552 dövlət nömrə nişanlı avtomobil piyadanı vurduqdan sonra Yol Patrul Xidmətinin 412 saylı avtomobili ilə toqquşub. Daha sonra “Mercedes-190” markalı 90 CB 618 dövlət nömrə nişanlı avtomobil və “Honda Civic” markalı 90 GA 665 dövlət nömrə nişanlı avtomobillər də yol qəzasının qurbanı olub.

Bakı-Şamaxı yolunda avtomobil dərəyə yuvarlanıb, 4 nəfər ölüb

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir

Azərbaycanda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində qeydə alınıb. “Mitsubishi Pajero” markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə biri qadın olmaqla maşında olan 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.