Martın 4-də Cəlilabad rayon Günəşli kəndində 1990-cı il təvllüdlü Cəfərova Küranə Fərhad qızı amansızlıqla qətlə yetirilib.Masallının Təklə kənd sakini 1967-ci il təvəllüdlü Dəmirov Almaz Əlibala oğlu onun başını kəsib. Haadisə zamanı K.Cəfərovanın həyat yoldaşı 1991-ci il təvəllüdlü Rzayev Əlizamin Telman oğlu da ağır yaralanıb. Cinayəti törədənin yenicə həbsdən çıxdığı bildirilir.
Cəlilabaddan aldığımız bilgiyə görə, qətlə yetirilən K.Cəfərova da Masallının Təklə kəndindən olub və təzəlikcə rayonun Günəşli kəndinə gəlin köçübmüş.
azadliq.info