Xalq artisti Aygün Kazımova yerli telekanallardan birinə açıqlamasında Türkiyədə Azərbaycanın Ajda Pekkanı adlandırıldığını söyləyib.
Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, o, Türkiyədə hələ ki, piara başlamadığını, amma artıq bəzi Türkiyə KİV-də barəsində yazılar yazıldığını bildirib.
A.Kazımovanın sözlərinə görə, o, “diva” adlandırılmasını daha çox xoşlayır.
Xalq artisti bu yaxınlarda 400 min manat qiyməti olan “Rolls- Royce” aldığını da söyləyib.