30 ailə köçürüldü
Xətai rayonu General Şixlinski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivində sürüşmə təhlükəsilə bağlı bu gün ərazidə baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun iştirakı ilə müşavirə keçirilib.
Müşavirədən sonra təhlükəli ərazidə olan binalardakı əsasən əlil və qocalardan ibarət olan 30-a yaxın ailə mehmanxanaya köçürülüb. Digər ailələrin isə köçürülüb-köçürülməyəcəyi sabah sürüşmənin səbəblərini öyrənən geoloji komissiyanın verəcəyi açıqladamadan sonra müəyyənləşəcək.
Sakinlər bu gündə sürüşmənin qeydə alındığını bildirsələr də, Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov ANS-ə müsahibəsində deyib ki, hazırda ərazidə vəziyyət sabitdir və sürüşmə qeydə alınmayıb.