Bayraq Meydanına gedən yolun tikintisində bədbəxt hadisə

Bakının Bayıl qəsəbəsində Bayraq meydanına gedən yolun çəkilişi zamanı bədbəxt hadisə baş verib. Şahid Oruc Orucovun AzadlıqRadiosuna verdiyi məlumata görə, martın 4-də Azvirt şirkətinə məxsus ağır teknikanın sürücüsü maşını arxaya verərkən yolun geometrik ölçülərini işləyən qrupun əməkdaşını basıb.
 
Emin adlı 26-30 yaşlarında olan gənc ölüb.
 
Bakı şəhəri polis idarəsinin Səbael polis idarəsinin 8-ci bölməsindən “Azadlıq” radiosuna bildirdilər ki, hadisə yerinə polis əməldaşları göndərilib.