Bakıda gecə klubuna polis basqını

Martın 3-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Səbayıl rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “X6” gecə klubuna basqın edib. Mülkü geyimli polislər bara müştəri qismində daxil olublar. Polislərin əməliyyatı nəticəsində məlum olub ki, “X6” barı gündüzlər priton kimi fəaliyyət göstərir.
Bu barədə “Yeni Müsavat” qəzeti internet saytında xəbər yayıb. Xəbərə görə, əməliyyat nəticəsində barda olan 13 nəfər polis maşınına otuzdurularaq bölməyə aparılıb. Lakin, bu zaman maşına əyləşmək istəməyən gənclərlə polis arasında qarşıdurma olub. Nəticədə əraziyə əlavə polis qüvvələri cəlb edilib.