Ərdoğanın azərbaycanlı müşaviri vəfat edib

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı müşaviri, tanınmış alim, iqtisad elmləri doktoru, professor Qeybulla Qebullayev (Ramazanoğlu) uzun sürən xəstəlikdən sonra fevralın 29-da Ankarada dünyasını dəyişib. Mərhum ağciyər xərçəngindən əziyyət çəkirmiş.

Q.Qebullayev Balakən rayonunun Katex kəndində anadan olub. Bir müddət Memarlıq və Inşaat Universitetinin rektoru vəzifəsində çalışıb. Sonralar isə Türkiyəyə köçərək orada işlərini davam etdirib. Q.Qebullayev ömrünün sonunadək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Bununla yanaşı, o, həm də Süleyman Dəmirəl Universitetində (Isparta şəhəri) bölüm başqanı vəzifəsini icra edib.

Allah rəhmət eləsin!