Bakıda məktəbdə ölüm hadisəsi baş verib
Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün İlyas Əfəndiyev adına Elitar Gimnaziyada qeydə alınıb. Gimnaziyanın müəlliməsi, 1970-ci il təvəllüdlü Bayramova Təranə İsmixan qızı açıq dərs zamanı qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.