Ziya Məmmədov qubalılardan üzr istədi

“Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”

Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun yandırılan evinin qarşısında etiraz aksiyası davam edir. “APA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarının qarşısında çıxış ediblər.

Z. Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşıldığını deyib: “Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil”.

V. Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonundadır.