Qubanın İcra Hakimiyyətində qapalı toplantı keçirilir

Qubanın millət vəkili Vahid Əhmədov “Modern.az”a deyib ki, Quba şəhərində vəziyyət artıq sabitləşib, insanlar evlərinə dağılışıblar. Deputat bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasından Zeynal Nağdəliyev və digər rəsmi şəxslər hazırda rayon İcra Hakimiyyətindədirlər. O, baş verənlərlə bağlı hazırda İcra Hakimiyyətində qapalı toplantı keçirildiyini bildirərək əlavə heç nə deməyib.
Deputat “Media forum”a açıqlamasında isə Rauf Həbibovun icra başçısı vəzifəsindən istefa verdiyini təsdiqləyib və onun istefasını ölkə başçısı İlham Əliyevin qəbul etdiyini deyib.