Bu gün Qubada izdihamlı aksiyadan sonra rayonda komendat saatı elan olunub.
Qubadan əməkdaşımızın verdiyi məlumata görə xüsusi təyinatlı polis qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər: “Rayona girib-çıxan avtomobillər yoxlanılır.
Rayon mərkəzində və dörd ayrı-ayrı yerlərdə postlar qurulub. Daxili qoşunların əsgərləri rayonda patrul növbəsinə çıxıblar. Polis və prokurorluq orqanlarının bir qrup işçisi isə hazırda Quba Rayon İcra Hakimiyyətində araşdırma aparırlar”.


