QOÇ
Səhhətinizə diqqət yetirin. Yaxşı olar ki, qida rasionunuza fikir verəsiniz. Idmanla məşğul olmaq, fəal istirahət üçün münasib gündür. Adi ev işlərilə də məşğul olmaq yerinə düşər. Çünki işləmək sizi yormur, sadəcə, daim düşündüyünüz, həll etməyə tələsdiyiniz problemlər narahat edir.
BUĞA
Təhsilinizə fikir verin. Son zamanlar nümayiş etdirdiyiniz tənbəllik ucbatından rəqiblərinizə geniş meydan buraxmısınız. Qənaətcil olun, hər ürəyinizdən keçəni almayın, nə də olsa, bunun üçün geniş imkanlara sahib deyilsiniz. Ulduzlar dişləmək üçün işləməyin vacibliyini xatırladır.
ƏKIZLƏR
Əliaçıqsınız, hamıya yardım etmək istəyirsiniz. Bu, müsbət haldır. Təbii ki, ətrafdakılar da sizdən çox razı qalacaqlar. Bu yardımsevərliyiniz gec də olsa, mükafatlandırılacaq. Bir az da şəxsi problemlərinizə diqqət yetirin.
XƏRÇƏNG
Havaların istiləşməsi sizi uşaq kimi sevindirir. Bu şəraitdən səmərəli istifadə etməyə çalışacaqsınız. Görüşlərin keçirilməsi baxımından əlverişli gündür. Yaxşı əhval-ruhiyyə sizə qarşı tərəfi səbrlə dinləməyə imkan verəcək. Pozitiv əhvalınız ətrafdakılara da müsbət təsir edəcək.
ŞIR
Bu gün sahib olduğunuz bacarıqları nümayiş etdirmək üçün əlverişli gündür. Eksperiment aparmaqdan çəkinməyin. Bu, hamının diqqətini cəlb edəcək. Rəqibləriniz kənardan sizə həsədlə tamaşa edəcəklər. Yaxınlarınız da sizin uğurunuza sevinəcəklər.
QIZ
Qonaq qəbul etmək üçün əla zamandır. Yaxud, özünüz də qonaq gedə bilərsiniz. Mehribançılığınız diqqətdən kənarda qalmır, hamını özünüzə cəlb edəcəksiniz. Yeri gəlmişkən, bu gün kulinariyada da özünüzü doğruldacaqsınız. Etiraf edin ki, ətrafdakıların ünvanınıza səsləndirdiyi tərifi eşitməkdən xüsusi həzz alırsınız.
TƏRƏZI
Dünən çox çalışqanlıq nümayiş etdirmisiniz. Bu gün isə artıq işlər görməyə gücünüz qalmayıb. Yaxşı olar ki, istirahət edəsiniz, vaxtında yatasınız. Yuxusuzluq səhhətinizi korlaya bilər. Fiziki işləri təxirə salmaqla, istirahət üçün fasilələr ayırmaqla intellektual işlər görə bilərsiniz.
ƏQRƏB
Günün maliyyə mənzərəsi pis deyil. Sizdən, sadəcə, xərcliklərinizə nəzarət etməyiniz tələb olunur. Ulduzlar ağılla hərəkət etməyi məsləhət görür, yəni bu gün cüzdamınızın pulla dolması bütün il boyu sizin yaxşı yaşayacağınızdan xəbər vermir.
OXATAN
Maraqlı ideyalarınız olacaq. Bir qismini reallaşdıra bilərsiniz, amma tələskənliyə yol vermək olmaz, səbrlə. Sakitliklə edilən hərəkətin nəticəsi də ürəyinizcə ola bilər. Yaradıcılıq potensialınız yüksəkdir. Yeni layihələrə başlamaq üçün yaxşı məqamdır.
OĞLAQ
Ailəcanlılığınızla diqqət mərkəzindəsiniz. Yaxınlarınızın istəklərini həyata keçirməkdən ötrü özünüzü oda-közə vurursunuz. Bu səbəbdən də günün sonunda özünüzü əzgin, yorğun hiss edəcəksiniz. Amma narahat olmayın, zəhmətiniz itməyəcək. Heç kim dəyər verməsə də, ən yaxın adamınız sizi qiymətləndirəcək.
DOLÇA
Boş, mənasız söhbətlərə son zamanlar çox vaxt ayırırsınız. Bu da sizi işdən yayındırır. Rəhbərliklə aranızda mübahisə yaşana bilər. Yaxşı olar ki, işinizə qarşı məsuliyyətli olasınız. Romantik görüş üçün də münasib gündür. Bu görüşdən münasibətlərinizin daha da istiləşməsi üçün istifadə edin.
BALIQLAR
Maddi durum ürəyinizdən keçənləri almağa imkan vermir. Bu problem artıq sizi yorub. Amma narahat olmağa dəyməz, çünki ulduzların yaxın zamanlarda sürprizi olacaq. Səbrli olun, az vaxt qalıb. Istəklərinizin hamısını birdən həll edə bilməsəniz də, yarısını gerçəkləşdirə biləcəksiniz.

Günün ulduz falı (01.03.12)
•