Taksimdəki Xocalı mitinqi haqda ilginc xəbər

Türkiyə polisi mitinqdə təxribatın qarşısın alıb; aksiyanın təşkilinə Mübariz Məsimov maddi dəstək verib

İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçirilən mitinq zamanı bəzi təhqiramiz şüarlar da qaldırılıb ki, bu da Türkiyə mediasını və rəsmi dairələrini həmin aksiya ilə bağlı araşdırmalara məcbur edib. Xocalı mitinqində qaldırılan nalayiq şüar “Hamınız ermənisiniz, hamınız bicsiniz” olub. Bunun Türkiyədə erməni jurnalist Hrant Dinkin qətlə yetirilməsindən sonra keçirilən aksiyalarda qaldırılmış “Hamımız erməniyik” şüarına cavab kimi hazırlandığı aydındır.

“Gənc Atsızlar”ın təxribat planı

“Milliyet” qəzetinin yazdığına görə, Türkiyənin aidiyyatı qurumları müəyyən edib ki, bu şüarı hazırlayanlar özünü “Gənc Atsızlar” adlandıran və Facebook üzərindən təşkilatlanan qrupdur. Türkiyənin millətçi qrupu kimi tanınan “Genc Atsızlar”ın mitinq zamanı təxribat törədərək kürdlərin partiyası olan BDP-nin yerli şöbəsinə, “Agos” qəzetinin redaksiyasına, Fransa konsulluğuna və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmeleddin İhsanoğluna hücum planlaşdırdığı iddia olunur.
Bildirildiyinə görə, mitinqdə təxribat törətmək istəyən dəstə Taksimə “Gənc Atsızlar”ın daha güclü olduğu Bursadan gedib.
“Milliyet” yazır ki, Xocalı mitinqində təxribat törədiləcəyi haqda məlumat alan polis hərəkətə keçib və dəstəni nəzarətə götürüb. 5-i qadın olmaqla 41 nəfər dəstə üzvü saxlanılıb. “Gənc Atsızlar”ın mitinqə qatıla bilən İstanbul və Ankaradan olan üzvləri isə hər hansı dağıdıcı hərəkətlərə yol verməyib, sadəcə yuxarıda deyilən və ona bənzər bəzi başqa şüarlar qaldırıblar.
Haızrda “Gənc Atsızlar” qrupunun liderinin kim olduğu, haradan maliyyələşdiyi, hər hansı gizli təşkialtlarla əlaqəsinin olub-olmadığı araşdırılır.

Mübariz Məsimovun maliyyə dəstəyi

“Milliyet” qəzeti İstanbuldakı Xocalı mitinqini kimin maliyyələşdirdiyi sulaına da cavab axtarıb. Qəzetin yazıdğına görə, aksiyanın təşkil edilməsi üçün gərəkən maliyyəni Türkiyədə yaşayıb-çalışan azərbaycanlı iş adamı Mübariz Mənsimov verib.
Bundan başqa, ölkə başçısı İlham Əliyevin təlimatı ilə 10 nəfərin mitinqdən qabaq Türkiyəyə gedərək aksiyanın təşkil olunmasına rol aldığı bildirilir. Məlumata görə, Bakıdan gedənlər “Əsassız erməni iddiaları ilə mübarizə” dərnəyi ilə birlikdə çalışıblar.

azadlıq.info