Texnoloji yeniliklər qəbiristanlıqlara qədər uzandı. Artıq İsveçdə şəxsin istəyindən asılı olaraq həyatını itirən yaxınına LCD ekranlı televizor formasında məzar daşı qoya biləcək. LCD ekran məzar daşı günəş enerjisi ilə çalışa biləcək. Ölən adamın ekranda, həyatından kadrlar, yaxınlarıyla birlikdə çəkdirdiyi şəkillər, video görüntülər yayımlanacaq.