Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimr Jirinovski ilə məşhur müğənni Alla Puqaçova arasında canlı efirdə ciddi qalmaqal düşüb. Olay fevralın 28-də Jirinovskinin milyarder Mixail Proxorovla seçkiqabağı teledebatı zamanı baş verib.
Alla Puqaçovanın ona ünvanladığı sualdan sonra Jirinovski özündən çıxıb və müğənnini təhqir etməyə başlayıb. Alla Puqaçova isə prezidentliyə namizəd partiya sədrini Rusiyanın adına ləkə adlandırıb.