QOÇ
Biznes sahəsində çətinlikləriniz olacaq. Vacib şərt odur ki, sizə nə qədər təzyiqlər olsa da, geri çəkilməyəsiniz. Günün emosional mənzərəsini sabit hesab etmək olmaz. Bu üzdən də əhvalınız tez-tez dəyişəcək. Yaxınlarınız əhvalınızı qaldırmağa çalışacaqlar.
BUĞA
Bugünkü danışıqlar yaxşı keçəcək. Yaradıcılıqla bağlı layihələr, öz biznesinizin əsasını qoymaq üçün münasib gündür. Yaxınlar sizi tez-tez sorğu-suala tutmaqla təbdən çıxaracaq. Şəxsi müstəvidə başqa problemin olacağı ehtimal olunmur. Uşaqlarla yaxşı dil tapacaqsınız.
ƏKIZLƏR
Kifayət qədər çətin gündür. Gah işləriniz, gah da əhvalınız dəyişəcək. Ehtimal ki, bu vəziyyətdə özünüzə inamı itirəcəksiniz. Parapsixologiyaya maraq artacaq. Bürcün bəzi nümayəndələri istəklərinin həyata keçib-keçməyəcəyini qabaqcadan müəyyənləşdirmək üçün magiyaya müraciət edəcəklər.
XƏRÇƏNG
Məhsuldar gün deyil. Bu gün əylənməyi, istirahət etməyi işləməkdən daha yaxşı bacaracaqsınız. Bu üzdən də bir sıra vacib işlərinizi təxirə salacaqsınız. Bütün vaxtınızı və pulunuzu arzularınıza həsr etməklə öz başınıza artıq problemlər açacaqsınız.
ŞIR
Bu gün işləmək istəməyəcəksiniz. Günün əsas hissəsini işlərinizi görə biləcək adamın axtarışına həsr edəcəksiniz. Rəhbərliklə aranızda mübahisə düşəcək. Əksər “Şir”lər işdən getmək təhlükəsinin olduğunu yaxşı anlasalar belə, doğru olduqlarını sübut etməyə çalışacaqlar.
QIZ
Bu gün sizinlə baş aparmaq çətin olacaq. Əgər bunu kimsə bacararsa, deməli, o, səbrli adamdır. Uzaqdan vacib xəbər gələcəyi gözlənilir. Daxil olan informasiyanı paylaşmağa tələsməyin. Xəbəri nə qədər çox sirli saxlasanız, bir o qədər də qiymətli olacaq.
TƏRƏZI
Günün birinci yarısı çox çətin olacaq. Yaranmış situasiyanı heç cür qiymətləndirə bilməyəcəksiniz. Adi xırda məsələlər sizi hövsələdən çıxaracaq. Günün ikinci yarısı gözlənilməz xoş anlar bəxş edəcək. Əhvalınız da qaydasına düşəcək.
ƏQRƏB
Maliyyə sferasında həddən artıq ehtiyatlı olmağınız tələb olunur. Fitnə yağan işlərdə iştirak etməyin. Elmi yaradıcılıqda uğur gözlənilir. Yaxınlarla münasibətinizi tənzimləyin. Ürəyinizdən keçəni dilinizə gətirməkdən çəkinməyin.
OXATAN
Bütün münasibətlər baxımından çətin gündür. Ətrafdakılarla ünsiyyət daha gərgin keçəcək. Ən yaxın adamınız bu məsələdə istisna təşkil edir. Əgər sərbəst çalışsanız, işiniz məhsuldar olacaq.
OĞLAQ
Səhər erkəndən ağlınıza gələn ideyanı reallaşdırmağa tələsməyin. Yaxşı olar ki, situasiyanı düzgün dəyərləndirəsiniz. Günün ortalarında gəlirli sövdələşməniz baş tutacaq.
DOLÇA
Biznes baxımından əlverişli gündür. Işgüzarlıq səviyyəniz artıb. Şəxsi müstəvidəki münasibətlər harmonik olacaq. Günün ikinci yarısında maraqlı tanışlıq gözlənilir. Əgər ünsiyyət dairənizi genşləndirmək istəyirsinizsə, onda bu zamandan istifadə edin.
BALIQLAR
Bir çox problemləri asanlıqla həll edəcəksiniz. Bunu isə heç gözləmirdiniz. Romantik tanışlıq gözlənilir. Günün ikinci yarısında daha diqqətli olmağınız məsləhətdir. Çünki bu zaman kəsiyində sizin həyatınızı çətinləşdirən adam peyda olacaq. Istənilən sənədi imzalayarkən diqqətli olun.

Günün ulduz falı (29.02.12)
•