Xəzərdə Azərbaycan tanker yanıb

Xəzər dənizində, Mahaçqala şəhərrinin yaxınlığında “Mühəndis Nəzərov” adlı Azərbaycan neft tanker yanıb. Bu haqda İnterfaks xəbər verir. Dağıstan FHN-in saytında olan məlumata görə, gəmi Türkəmənistandan gətirdiyi mazutu boşaldıb sahildən 6 km məsafədə reyddə dayanıb. İlkin məlumata görə, yanğın gəminin göyərtəsində başlayıb. Hadisə yerinə buksir  və iki kater göndərilib. Mahaçqala limanından daha bir neçə gəmi və xilasetmə qrupu göndərilib. 14 nəfərlik heyətdən bir nəfər itkin sayılır.
5000 ton tutumu olan tanker Astraxanın “Volqotanker” şirkətində qeydiyyatdadır.

İnformasiya şöbəsi