Türkiyə Böyük Millət Məclisi fevralın 28-də keçirdiyi plenar iclasda Xocalı soyqırımını müzakirə edib. Türkiyəli millət vəkilləri iclasın gündəliyində duran məsələlərin həllinə keçməzdən əvvəl Xocalı qətliamı haqda danışıb, bu qətliamı 20-ci əsrin ən ağır hərbi cinayətlərindən biri kimi lənətləyib, Ermənistanın işğalçı hərəkətlərini pisləyib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib.