ABŞ müsəlmanlarının təşkilat rəhbəri ölkə prezidentinin həyatına təhlükə olduğunu deyib
ABŞ-da fəaliyyət göstərən “İslam Milləti” təşkilatının sədri Luis Farraxan ölkə prezidenti Barak Obamanın həyatına təhlükə olduğunu bildirib. Çikaqoda “İslam Milləti”nin tərəfdarları qarşısında çıxış edənFarraxan artan irqçi nifrətin Obamanın öldürülməsi ilə nəticələcəyini deyib. Yəhudilərin Amerika siyasəti və mediası üzərində təsirini nəzərə çatdıran Luis Farraxan bir yəhudi nəşrinin Obamanı öldürməsi üçün İsraildən kömək istədiyini xatırladıb.

Farraxan 11 sentyabr terrorunu Yaxın Şərqdə müharibəyə başlamaq üçan ABŞ hökümətinin törətdiyini iddia edib. “Əl-Qaidə lideri Usama Ben Ladeninin öldürülməsi daha uyğun idi, nəinki məhkəmədə ABŞ höküməti ilə üzləşdirilməsi”, – deyə Farraxan bildirib. O, Qəzzafinin linç edilməsini və İrana silahlı müdaxilə ehtimalını da kəskin tənqid edib.
İnformasiya şöbəsi


