AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ötən həftənin şənbə günü müalicə müəssisəsindən 14 saylı kalona qaytarılıb. Həkimlər 21 günlük müalicə kursu keçən Ş.Həsənliyə həbsxananın tibbi hissəsində müalicəsini davam etdirməyi tövsiyə ediblər.
Vəkili Əlayıf Həsənovun sözlərinə görə, Ş.Həsənli ürəyində, belində və ayaqlarındakı ağrılardan əziyyət çəkirdi. Bu ağrılara görə onun ayaqları da şişmişdi.
Xatırladaq ki, Ş.Həsənli müalicə müəssisəsinə hüquq müdafiəçisi Eynulla Fətullayevin Penitensiar Xidmətə müraciətindən sonra köçürülmüşdü.
Gültəkin