İranda Bəsic təşkilatının briqada generalı Məhəmməd Reza Nakdi bildirib ki, amerikan əsgərlərinin Quranı yandırmasına görə ABŞ-ın üzr istəməsi kifayət deyil. Bunun əvəzini ancaq Ağ Evi yandırmaqla çıxmaq olar.
Çünki sifariş oradan gəlib. Al Arabiya kanalına nitqində İran komandiri deyib: “Quranın yandırılması nəticəsində müsəlmanlara dəyən yaraları heç nə sağalda bilməz, əgər Ağ ev yandırılmasa. Amerikanların üzürxahlığı ancaq onların komandirlərinin asılmasından sonra qəbul edilə bilər. Onların dar ağacında asılması üzürxahlıq forması sayılacaq.” Xatırladaq ki, keçən həftə Əfqanıstanın Bəhram ərazisisində yerləşən həbsxanada amerikan əsgərləri məhbus kameralarından yığılmış Quran kitablarını yandırmışdılar. Bu hadisə Qərb əleyhinə nümayişlər üçün səbəb olmuşdu. İnsident nəticəsində Əfqanıstanda 30 nəfər ölmüş, onlarla adam yaralanmışdı.
azadliq.info


