BŞİH gənclərlə görüşdən yayınır

Xəbər verildiyi kimi Gənclərin Hüquqların Müdafiə Komitəsi (GHMK) 4 mart tarixində mitinq keçirməyə yer ayırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu gün  HKM-nın üzvü Samir Əsədli Bakı Şəhər İcra Hakimiyyətinin rəsmisi Zaur Ramazanovla əlaqə saxlayıb və müraciətlə bağlı BŞİH-nin cavabını tələb edib. Z. Ramazanov isə məsələ ilə bağlı cavab verməyib. Daha sonra Z. Ramazanovdan görüş tələb edən Samir Əsədliyə bildirilib ki, bu gün saat 16:00-da şəhər icra hakimiyyətində gənclər qəbul ediləcək. Görüş vaxtına az qalmış isə BŞİH-dən bildirilib ki, görüş sabah (28 fevral) saat 11:00-da olacaq. Bu gün iş günün sonuna az qalmış isə Samir Əsədliyə bildirilib ki, sabah saat 11:00-da da görüş keçirilməyəcək.
Müraciətdə GHMK 4 mart tarixində mitinq keçirmək üçün “Füzuli” meydanı , Təbriz Kinoteatrının qarşısı və Nərimanov Kinoteatrının qarşısın ayrılmasını istəyib. Müraciət dilməsindən 14 gün keçməsinə baxmayaraq (13 fevralda müraciət edilib) hələ də şəhər icra hakimiyyəti cavab verilməyib.