AB-dən Əsəd rejiminə ağır sanksiyalar

Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısında Suriyaya qarşı 12 maddəlik yeni sanksiyalar təsdiqlənib. Yeni sanksiyalara əsasən Suriya Mərkəzi Bankının vəsaitləri dondurulacaq, Suriyadan əlvan və qiymətli metalların idxalı, eləcədə Suriya aviaşirkətlərinin Avropaya reyslər həyata keçirməsi qadağan ediləcək. Sanksiyalar fevralın 28-dən qüvvəyə minir.