Kürəcikdəki radar sistemi bazasında amerikalı hərbçilər yerləşdirilir
ABŞ-ın Avropa və yeddinci ordu birləşmələrinin komandiri general-leytenant Mark Hertlinq Türkiyənin Malatya vilayətinin Kürəcik bölgəsindəki NATO-ya məxsus raket hücumundan müdafiə bazasına əsgərlərin yerləşdirilməsinə başladıqlarını açıqlayıb. General Qaradağın paytaxtdı Podqoriçadakı hərbi bazada “Associated Press”ə verdiyi açıqlamasında “əsgərlərimiz Türkiyənin cənubundakı radar obyektlərinə yerləşdirildi” deyib.
Əlavə edək ki, ilk dəfə yüksək səviyyəli amerikalı rəsmi İran ilə Türkiyə arasında gərginliyə yol açan NATO RƏM sisteminin bir neçə həftədir fəal vəziyyətdə işə başladğını təsdiqləmiş oldu. “ABŞ donanması və Hava Qüvvələriylə daimi davamlı koordinasiya halındayıq və məncə, RƏM sistemi məsələsində doğru yolda irəliləyirik. Ordu baxımından da danışsaq, hər şeyin planlaşdırdığımız kimi irəlilədiyini söyləyə bilərəm”, – deyə Mark Hertlinq bildirib.
Xatırladaq ki, Kürəcikdəki NATO-ya aid RƏM sistemi önümüzdəki 10 ildə Avropanın müxtəlif nöqtələrinə yerləşdiriləcək digər quru və dəniz radarlar sistemlərinin əsas bazası hesab olunur. ABŞ bu sistemi İrandan gələcək təhdidə qarşı qurulduğunu söyləyir. Türkiyədəki radarla yanaşı Rumıniya, Polşa və İspaniyanın Marşrut şəhərindəki radar sistemi bazasında dörd raket var. Radar sistemlərinin idarəetmə mərkəzi isə Almaniyada yerləşir.