ABŞ Dağlıq Qarabağa yardımı kəsdi

ABŞ hökuməti 2013-cü il üzrə xarici yardımlar çərçivəsində Azərbaycan və Ermənistana bərabər həcmdə hərbi yardım nəzərdə tutub. Dağlıq Qarabağa isə əvvəlki illərdən fərqli olaraq heç bir yardım ayrılmayıb. Bununla belə, bəzi sahələr üzrə Ermənistana ayrılan yardım Azərbaycan üçün nəzərdə tutulan yardımdan artıqdır.

 “Turan”ın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ prezidentinin Qafqaz regionu üçün təklif etdiyi yardım belədir:

İqtisadi dəstək fondu:

Azərbaycan: 11 029 000 dollar
Ermənistan: 27 219 000 dollar
Gürcüstan: 42 660 000 dollar

Xarici hərbi maliyyələşdirmə:

Azərbaycan: 2 700 000 dollar
Ermənistan: 2 700 000 dollar
Gürcüstan: 14 400 000 dollar

Beynəlxalq hərbi təhsil və tədris:

Azərbaycan: 600 000 doollar
Ermənistan: 600 000 dollar
Gürcüstan: 1 800 000 dollar

Asayişin dəstəklənməsi və nəzarət üzrə beynəlxalq komitə:

Azərbaycan: 1 226 000 dollar
Ermənistan: 2 824 000 dollar
Gürcüstan: 4 000 000 dollar

Büdcə layihəsi bu yaxınlarda administrasiya tərəfindən təqdim olunub və ABŞ-ın Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyaya yardımının ümumi həcminin getdikcə azaldığından xəbər verir.