Xocalı soyqırımının 20-ci ildönümü fevralın 26-da qardaş Türkiyədə, İstanbulun Taksim meydanında da anılıb. Meydana on minlərlə insan toplaşıb. Aksiyada Türkiyə və Azərbaycan vətəndaşları iştirak ediblər. Azərbaycandan getmiş bir sıra tanınmış şəxslər, deputatlar da anım mərasimində iştirak ediblər.
ANS-in məlumatına görə, hətta ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da aksiyaya qatılıb.
İştirakçılar əllərində Azərbayca və Türk bayraqları, eləcə də, “Qaniçənlər Qarabağdan rədd olun”, “Şəhid Mübariz, yolunu davam etdirəcəyik”, “Bütün dünya səsimizi duysun” plakatları tutublar. Aksiyada Azərbaycan Türkiyə birliyinə aid şüarlar səsləndirilib.