Neftin qiyməti 300 dollara çata bilər

Stiv Forbes: «Bölgədə baş verə biləcək istənilən qarşıdurma neft tankerlərinin sığorta ödənişini yüksəldəcək»
Dünya bazarlarında 1 barel neftin qiyməti 300 ABŞ dolları səviyyəsinə qədər yüksələ bilər. “Fars” agentliyinin məlumatına görə, bunu amerikalı mütəxəssis Stiv Forbes bildirib.
Onun sözlərinə görə, Iran Hörmüz boğazını bağlamasa belə, bölgədə baş verə biləcək istənilən qarşıdurma neft tankerlərinin sığorta ödənişini yüksəldəcək. Mütəxəssislər bu vəziyyətdə neftin qiymətinin 300 dollara qədər artacağını ehtimal edirlər:”Ağ Ev rəhbərliyi bunun
ABŞ iqtisadiyyatına necə təsir göstərəcəyini yaxşı bilir”.
S.Forbes həmçinin bildirib ki, Iran Iraq və ya Suriya deyil: “Hərbi müdaxilə Iranın nüvə proqramını dayandırmayacaq, yalnız müəyyən müddətədək təxirə sala bilər”.