Gəncədə bayraq biabırçılığı

Gəncənin bayraq meydanında ucaldılan bayraq aşıb. Bu barədə “Azadlıq”a Gəncədəki mənbələr məlumat verib. Məlumatlarda bildirilir ki, ümumiyyətlə bayraq meydanının açılışından sonra buradakı bayraq bir neçə dəfə aşıb.
Qeyd edək ki, bayraq meydanı  Gəncə Pedaqoji Universitetinin yaxınlığında tikilib. Əvvəllər həmin yerdə Qatır Məmmədin heykəli olub. Bir neçə il əvvəl Qatır Məmmədin heykəli oradan götürülüb. Həmçinin ətrafdakı obyektləri sökülüb. Bu, ərazidə park salınması ilə izah edilib. Lakin Elmar Vəliyev icra başçısı təyin ediləndən sonra park əvəzinə bayraq meydanı tikib. Meydanın açılışı isə təxminən bir ay əvvəl olub.