«Azəryolservis» şefi yollarının dağılmasının məsuliyyətini meriyanın üzərinə atdı
“Azəryolservis”in şefi, deputat Cavid Qurbanov yollarının dağılmasının məsuliyyətini üzərindən atıb. Cavid Qurbanov dolayısı bu məsələdə Bakı Şəhər Icra Hakimiyyətini və dicər qurumları ittiham edib.
O, “Bizim Yol” qəzetinə müsahibəsində yolların dağılması ilə bağlı suala cavabında deyib: “Yolların dağılması barədə iddialara gəlincə, yaxşı olardı ki, bu barədə danışanlar bunun əsl səbəbini araşdırsınlar. Bu gün iqtisadiyyatımız inkişaf edir, paytaxtda güclü tikinti işləri gedir. Bir evinə su çəkir, biri başqa iş görür. Nəticədə asfalta zədə dəyir. Asfalt elə bir şeydir ki, onun üst qatı zədələnəndə dağılmağa məhkum olur. Yaralanan yerə su dolur, sonra da dağılır. Yolların dağılmasına əsas səbəb qazıntılardır. Baxın, hava limanına gedən yolda qazıntı olmayıb, həmin yol əvvəl necə idisə, qardan sonra da elədir”.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında nəqliyyat naziri Ziya Məmmədovun yolların dağılması ilə xüsusi müşavirə keçirdiyi barədə məlumat vermişdik. Bildirmişdik ki, nazir yol idarələrinin müdirləri bu məsələyə görə bərk danlayıb. Nazir bildirib ki, onların keyfiyyətsiz işinə görə bütün danlanılır. Onu da qeyd etmişdik ki, Ziya Məmmədovun belə bir toplantı keçirməsinin səbəbi artıq “yuxarılar”da yollarının qısa müddətdə sıradan çıxmasının ciddi müzakirə olunması ilə bağlı olub.
Hikmət