Seneqalda 85 yaşlı diktatora qarşı savaş gedir

Boliviyada isə əlillər hökumət qüvvələri ilə toqquşdu  

Bolivyada fiziki cəhətdən qüsurlu bir qrup şəxs “yoxsullara daha çox haqq” vədləriylə prezident seçilən Eva Moralesin sözünün üstündə durmamasından qəzəblənərək etiraz aksiya keçirib. Onlar hökumətdən əlillər üçün ildə 800 manat (3000 bolivianos) ödəməsini tələb ediblər. Hökumət binasına girmək istəyən əli dəyənəkli əlillər xüsusi təyinatlılarla qarşıdurmaya gedib. Təhlükəsizlik qüvvələri çətinliklər də olsa onların binaya daxil olmasının qarşısını ala biliblər.

Bəziləri əlil arabasında, bəziləri isə əsa ilə xüsusi təyinatlılara dirəniş göstəriblər. Cənubi Amerikanın ən yoxsul ölkəsi Bolivyada sağlam insanlar üçün belə çox çətin olan həyat şərtləri bolivyalı əlilləri daha da hiddətləndirib. Paytaxt La Pas küçələrinə axışan əlillər geri çəkilməyəcəklərini bildiriblər. Hökumət binasına girməyə çalışan əlillər qarşılarını kəsən çevik polis alayına çubuqlarla hücum ediblər. Ən az 4 nəfərin həbs olunduğu deyilir. Bolivya dövlət nazirinin müavini Haviyer Baldiviyeso etirazların gərəksiz olduğunu və hökumətin əlillərin təmsilçiləri ilə qanun layihəsi üzərində çalışdığını bildirib.

Afrika ölkəsi Seneqalda isə fevralın 26-da keçiriləcək prezident seçkiləri öncəsi gərginlik daha da artıb. Ölkənin hazırki rəhbəri və yenidən Seneqalın başçısı postuna namizədliyini sürən 85 yaşlı Abdullay Vad əleyhdarları növbəti etiraz askiyası keçirib. “23 İyun Hərakatı” adlı müxalif koalisiya Abdullay Vadın yenidən ölkə başçısı seçilməsi üçün seçkilərin saxtalaşdırılacağını bəyan edib. Yanvarın sonundan başlayaraq hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında toqquşmalar gedir. Tərəflər arasında çoxlu sayda ölən və yaralananların olduğu deyilir.

İnformasiya şöbəsi