ABŞ-ın bir ştatı Xocalı qətliamını tanıdı

ABŞ-ın Nyu-Cersi Ştatının qubernatoru Kris Kristi və birinci qubernator, leytenant Kim Qadaqno Nyu-Cersi Ştatının Xocalı qətliamı qurbanlarına ehtiramlarını ifadə edərək birgə bəyanat yayıblar.
APA-nın məlumatına görə, bəyanatda deyilir: “Nyu-Cersi Ştatı adından, biz ABŞ-Azərbaycanlıları Şəbəkəsi və erməni və rus əsgərləri tərəfindən Dağlıq Qarabağ müharibəsinin dəhşətli faciəsinin – qaçmağa cəhd edərkən yüzlərlə etnik azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamının 20-ci ildönümünü yad edən hər kəslə həmrəy olduğumuzu bildiririk”.
ABŞ-Azərbaycan Şəbəkəsi bunu Xocalı qətliamının ABŞ qubernatoru səviyyəsində tanınan ilk fakt olduğunu qeyd edərək, bəyanatı alqışlayıb.
Şəbəkə bildirir ki, Nyu-Cersi Ştatı bununla, Xocalı qətliamını tanıyan ilk ABŞ ştatı olub.