Ağçay sakinləri İcra Hakimiyyətinin binası qarşısına toplaşdı
Fevralın 24-də Xaçmazın Ağçay kəndinin sakinləri rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın keçirilməsinə səbəb, 60 hektar örüş torpağının icra başçısı Şəmsəddin Xanbabayevin göstərişi ilə hərraca çıxarılması olub.
“Yeni Müsavat”ın aksiyada iştirak edən əməkdaşı bildirib ki, icra başçısı Xanbabayev aksiya başladıqdan sonra iş yerini tərk edib. Onun arxasınca rayon torpaq şöbəsinin müdiri Adıgözəl Tağıyev və digər müavinlər icra hakimiyyətini tərk ediblər.
Aksiya iştirakçıları isə Ağçay kəndinə məxsus örüş sahəsini yüksək rütbəli bir məmurun ələ keçirdiyini bildiriblər.