Belarus yarışmaya göndərəcəyi təmsilçini dəyişdi
Belarus “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisini dəyişib. Müsabiqənin rəsmi saytında yer alan xəbərə görə, ölkəni Bakı səhnəsində Alyona Lanskaya deyil, “Litesound” qrupu təmsil edəcək. Belarus Televiziyasının məlumatına görə, qərar ölkə başçısı Viktor Lukaşenkonun göstərişinə əsasən dəyişdirilib.
Məlumata görə, səsvermənin nəticələrindən edilən şikayətlər araşdırılıb və bundan sonra Alyona Lanskayanın seçimlərində qeyri-obyektivliyə yol verildiyi üzə çıxıb.


