Jirinovskdən “üçüncü dünya müharibəsi” proqnozu

«Ermənistan bu müharibədə İrana, Türkiyə Azərbaycana kömək edəcək. Rusiya da dinc durmayacaq…»

«Yayda İran əirafında üçüncü dünya müharibəsi başlayacaq». Bunu Vladimir Jirinovski fevralın 24-də keçirdiyi seçkiqabağı mitinqdə bəyan edib.
Mitinqdə çıxış edən RLDP sədri bildirib ki, yaxın vaxtda Suriyanı çökdürəndən sonra, Qərb İraının üzərinə düşəcək. Azərbaycan isə bundan istifadə edəcək: «Azərbaycan yenidən Dağlıq Qarabağı öz tərkibinə qatacaq».
Jirinovski proqnozlarını davam etdirərək deyib ki, Ermənistan bu müharibədə İranın yanında olacaq, Türkiyə isə Azərbaycana kömək edəcək. Belə bir halda Rusiya da dinc durmayacaq, bir sözlə, müharibyə qoşulmalı olacaq.
RLDP sdri onu da bildirib ki, Rusiya cənubunda baş verənlərə biganə qalmamalı indidən öz hazırlığını görməlidir. Martda seçiləcək prezident isə andiçmə mərasimini gözləməməli, vəzifəsini dərhal yerinə yetrməlidir ki, əlində səlahiyyəti olsun.

Mürsəl