Hüquq müdafiəçiləri Nardarana gedəcək

Eynulla Fətullayev: «Nardarandakı son həbslər obyektiv araşdırılmalıdır»

“Insan Haqları Uğrunda” ictimai birliyin təşəbbüsü ilə bir qrup hüquq müdafiəçisi və jurnalist Nardaran kəndində baş vermiş kütləvi həbslərlə bağlı ictimai təhqiqat həyata keçirəcək. Bu haqda IAU rəhbəri Eynulla Fətullayev “Turan”a bildirib. Hüquq müdafiəçisi təhqiqat qrupuna “Yeni Müsavat”, “Azadlıq” və “Turan” agentliyi təmsilçilərininm daxil olmasının nəzərdə tutulduğunu deyib. O, təhqiqat qrupunun fevralın 27-də araşdırma aparacağını qeyd edib.
E.Fətullayev islamçıların həbsinin, siyasi islama qarşı son təqiblərin ölkə ictimaiyyəti və beynəlxalq qururmlar tərəfindən ciddi narahatlıqla qarşılandığını bildirib. Buna görə də son həbslərin təhqiqinin və təhlilinin obyektivliyinin təhqiqat qrupu üçün  prioritet məsələ olduğun söyləyib. Təhqiqat qrupu fevralın 28-də Nardarandaki hadisələrlə bağlı ictimaiyyətə ətraflı məlumat verməyi nəzərdə tutur. Son iki həftə ərzində ölkədə 30-a qədər dindaın həbsə alınması haqda qüyrirəsmi məlumatlar var. Həbsi aparan MTN bu həbslərin səbəbləri haqda açıaqlama vermir. Bundan irəli gələrək vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ictimai təhqiqat aparmaq “missiyası”nı yerinə yetirməyə başlayır.