Heydən Əliyev Beynəlxalq Aeroportu ərazisində subasma müşahidə edilib. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Onun sözlərinə görə, bununla bağlı artıq Nazirlər Kabinetinə məlumat verilib: “Ərazidə qrunt sularının səviyyəsi qalxıb. Subasma yeraltı və yerüstü suların bilavasitə birgə təsiri nəticəsində baş verib”.
Ş.Niftiyev bildirib ki, subasma Aeroportun Bakı istiqamətində olan tərəfində baş verib: ”Hazırda həmin ərazidə bərpa işləri aparılır. Yerüstü suların ərazidən uzaqlaşdırılması üçün nasoslar işləyir”.
Aeroport ərazisini su basıb
•


