Azərbaycan Ziyalılar Birliyi bəyanatla çıxış edərək Iran televiziyasının müxbiri Anar Bayramlının həbsini pisləyib.
Bəyanat müəllifləri qeyd edirlər ki, A.Bayramlı dindar və vətənpərvər olub, onun həbsi sifarişdir və siyasi xarakter daşıyır. Çox təəssüf ki, bu gün Azərbaycanda həqiqəti demək və müdafiə etmək, ədalətli, mənəviyyatlı olmaq risklidir və cəzaya məhkumdur”, – bəyanatda vurğulanır. Sənəddə digər islamçıların da həbsi pislənilir. “Bu repressiv tədbirlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətsizlikdir və Azərbaycanın islam dünyasında onsuz da yaxşı olmayan imicinə ziyan vurur. Bu, həm də demokratik dəyərlərə zərbədir, belə ki, söz, ifadə, vicdan azadlığı ilə bağlı Konstitusiya hüquqlarını pozur”,- sənəddə qeyd olunur.
Sənəd müəllifləri güc strukturlarını qanunlara hörmətlə yanaşmağa, xarici drijorların göstərişi ilə hərəkət etməyə son qoymağa, A.Bayramlını, Iran televiziyasının sürücüsü Ramil Dadaşovu və digər islamçıları azad etməyə çağırıb.
Əks halda, sənəd müəllifləri etiraz aksiyasına başlamaq niyyətində olduqlarını bildiriblər.
Ziyalılar Birliyinə Eldəniz Quliyev rəhbərlik edir.
Ziyalılar Birliyi islamçıların müdafiəsinə qalxdı
•