Ştefan Füle Bakıya gəlir

Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycana səfərə gələcək. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəsi Rolan Kobia bildirib.

Səfir onu da qeyd edib ki, səfər “Euronest” Parlament Assambleyasının Azərbaycanda keçiriləcək ikinci plenar sessiyası çərçivəsində baş tutacaq. “Ş. Fülen Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılacaq” – deyə, R. Kobia məlumat verib.