Pirat audiovizual məhsulların satılması yolu ilə istehlakçıların aldadıldığı müəyyən olunub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Aslan Bayramova məxsus mağazalarda aparılan yoxlama zamanı, mağazalarda müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması yolu ilə istehlakçıların aldadıldığı müəyyən olunub.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə Aslan Bayramova 2,7 min manat maliyyə sanksiyası tətbiq edilib.


