Obama müsəlmanlardan üzr istədi

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama müsəlmanlardan üzr istəyib. BBC-nin yaydığı məlumata görə, Əfqanıstan prezidentinin administrasiyasından bildirilib ki, Obama amerikalı hərbçilərin “Baqram” aviabazasında müqəddəs “Qurani-Kərim”in surətlərini yandırılmaları üzündən üzrxahlıq məktubu göndərib.

Obama məktubunda hadisə ilə bağlı dərin kədərləndiyini bildirir. Amerika dövlət başçısı əfqanıstanlı həmkarına hadisədə günahkar olan hərbçilərin məsuliyyətə cəlb ediləcəyini və belə hadisələrin bir daha təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini vəd edib.