Azərbaycanın Oğuz rayon sakini özünü güllələyib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə rayonun Ərmənət kəndində qeydə alınıb. Kənd sakini, 34 yaşlı Elbrus Əliyev ov tüfəngindən özünə atəş açıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Polisdən həmçinin bildirilib ki, E. Əliyev ehtiyatda olan hərbi qulluqçudur.