Yevlax şəhərində yük qatarı aşıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün qeydə alınıb.
Böyükəsik – Bakı marşrutu ilə hərəkət edən yük qatarının 2 vaqonunun aşdığı bildirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Qərb Regional İdarəsindən hadisə nəticəsində xəsarət alan olmadığı, hər iki vaqondakı yüklərin dağıldığı bildirilib. Baş verən qəza digər qatarların hərəkətinə maneçilik törətməyib.


