“İnter” “Bazel”ə, “Bavariya” “Marsel”ə qarşı

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 2010-cu ildə ÇL-in finalında görüşən “İnter”lə “Bavariya” səfər matçlarına çıxacaqlar.

Həmin vaxt turnirin qalibi olan “İnter”in hazırda işləri yaxşı getmir. Çempionatda son turlarda məğlubiyyətləri sıralayan Milan təmsilçisinin hətta mükafatçılar sırasına düşməyi çətin görünür. Bu mənada titul qazanmaq baxımından əsas ümidini Avropaya bağlayan “İnter” ilk öncə “Marsel” səddini keçməlidir.

“Bavariya”nın “Bazel”lə sınağı az maraq doğurmur. İlk baxışdan münhenlilər bu cütün aşkar favoritidir və ilk dəfə pley-offa çıxan İsveçrə təmsilçisinə qalib gəlməkdə çətinlik çəkməməlidir. Ancaq digər tərəfdən, həmin “Bazel”in “Mançester Yunayted” kimi güclü komandaya evdə qalib gələrək, onu qrupda saxladığını unutmaq olmaz. Mançesterdə də uduzmayan isveçrəlilərin evdə inamlı təsir bağışlamağı “Bavariya”nı rəqibə ciddi yanaşmağa sövq edir.

22 fevral

23:45. “Bazel” (İsveçrə) – “Bavariya” (Almaniya)
23:45. “Marsel” (Fransa) – “İnter” (İtaliya)

apasport.az