Bülbülə qəsəbəsində məscidin axundu həbs olunub

“Biz dindarların son həbslərini iqtidarın vətəndaşlara qarşı repressiyası kimi dəyərləndiririk”, – Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Akif Heydərli çərşənbə günü AİP-in “Doğru Xəbər” qəzetinin redaksiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həbs edilənlərin sayı 23 nəfərə çatıb. Əldə edilən məlumatlara görə, fevrlaın 22-də Bülbülə kənd axundu Hacı Səxavət həbs olunub. Həbslərin motivləri barədə rəsmi açıqlam averilmir. “Hansısa dövlət tərəfindən ehtimal ediləcək terrora görə vətəndaşların həbs edilməsi ədalətsizlikdir”, – A.Heydərli bildirib. O, həbs edilənlərin günahsız olduqlarını deyərək belə həbslərin dövlətçiliyi zəiflətdiyini, vətəndaşın hakimiyyətə olan inamına zərbə vurduğunu nəzərə çatdırıb

“Turan”