AZAL pulsuz baqajın çəkisini 2 dəfəyədək azaltdı

«Azərbaycan Hava Yolları» QSC (AZAL) beynəlxalq istiqamətlərdə qeydiyyatdan keçirilən baqajın yeni daşınma normasının yerlərin miqdarına görə hesablanması üzrə sadələşdirilmiş siyasət tətbiq edib.

AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, indi biznes sinif ilə səyahət edən sərnişinlər ağırlığı 32 kq-dan artıq olmayan baqaj üçün iki yer ala biləcək. Ekonom sinif sərnişinləri isə ağırlığı 23 kq artıq olmayan baqaj üçün bir pulsuz yer əldə edə bilər.

Hazırda olan qaydalarla, biznes siniflə 50 kq-dək, ekonom siniflə 40 kq-dək baqaj aparmaq olar.

«Azərbaycan Hava Yolları» beynəlxalq istiqamətlərdə qeydiyyatdan keçirilən baqajın yeni normaları ilə bağlı tətbiq etdiyi qaydalar 20 fevral satış, 1 iyun 2012-ci il uçuş tarixindən etibarən qüvvəyə minəcək.