13 min adam “Böyük ağ dairə” adlı müxalif fləşmob aksiyasında iştirak edəcək. 26 fevralda müxalifətçilər Moskvanın Sadoviy Kolso ərazisini canlı halqaya alcaqlar.
İştirakçılardan yarısı artıq marşurutu müəyyən edib. Facebookda yaradılan tədbirdə 13 min adam iştirakını təsdiq edib. “Vkontakte” sosial şəbəkəsində isə 36 min adam bu aksiyaya qoşulub. Aksiya Putin tərəfdarlarının 23 fevralda keçirəcəyi aksiyay qarşı əks-aksiya kimi keçiriləcək. Moskva meri bu aksiyanın mitinq anlayışına uyğun gəlməməsini əsas gətirərək icazə alınmasına ehtiyac görməyib. Ancaq bu aksiyanın hansı şəkildə gerçəkləşəcəyi məlum deyil. “Böyük ağ dairə” fləşmobu 1989-cu ildə ildə Ribentrop-Molotov aktının imzalanmasının 50 illik yubileyi ilə bağlı Pribaltikada keçirilən aksiyanın analoqudur. O zaman Tallin, Riqa və Vilnüs şəhərlərini birləşdirən 600 nəfərlik canlı halqa yaradılmışdı. “Baltika yolu” aksiyasında 2 milyon nəfər iştirak etmişdi.
azadliq.info


