Nazir Rusiya şirkətilə şərikli pul qazanır, yoxsa büdcədən milyonlar qoparmaq istəyir?
Xəbər verildiyi kimi, Azərbaycan qatarları köhnə olduğu üçün Moskvaya buraxılmır. Artıq bir neçə gündür ki, 55 nömrəli Moskva-Bakı-Moskva marşrutunda Rusiyanın Federal Sərnişin Şirkəti (FSŞ) ASC-nin vaqonlarından təşkil edilən qatarlar hərəkət etməyə başlayıb. Hər biri 12 vaqondan ibarət üç qatar Moskva-Bakı-Moskva sürət sərnişin qatarı marşrutu üzrə istiqamət alıb. Eyni zamanda martın 1-dən etibarən 313 nömrəli Bakı-Sankt-Peterburq sərnişin qatarı marşrutu da FSŞ-nin vaqonlarından təşkil ediləcək.
Əldə etdiyimiz məlumatlara görə, bu məsələnin kökündə nəqliyyat naziri Ziya Məmmədovun şəxsi maraqları dayanır. Bəzi məlumatlarda deyilir ki, nəqliyyat naziri məqsədli şəkildə vəziyyəti dramatikləşdirməklə Rusiyanın Federal Sərnişin Şirkətinə işləmək imkanı yaradır. Və nazir bunun qarşılığında əldə edilən gəlirə şərik olur. Başqa məlumatlara görə, Ziya Məmmədov bununla hökumətə təzyiq edir. Məqsəd yeni vaqonlar almaq adı altında büdcədən pul qoparmaqdır. Bu məlumatlardan hansının daha əsaslı olduğunu demək çətindir. Lakin Azərbaycan qatarlarının Rusiyaya buraxılmamasında üçüncü variant yoxdur.
Informasiya şöbəsi



