Uitninin həkimləri həbs oluna bilər

Polis əfsanəvi müğənniyə baxmış tibb işçələrini sorğu-suala tutmağa başlayıb

Əfsanəvi müğənni Uitni Hyustonun müalicə edən həkimlərə qarşı cinayət işi qaldırıla bilər. ANS PRESS-in Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, polis qəflətən vəfat etmiş müğənnini müalicə edən həkimləri sorğu-suala tutmağa başlayıb.

Bundan başqa müğənninin vaxtilə dərman aldığı apteklər də yoxlamaya məruz qalmağa başlayıb. Polis Uitni Hyustonun ölü olaraq tapıldığı “Beverli Hilton” otelinin nömrəsində aşkar edilən preparatların qeyri-qanuni alındığını ehtimal edir.

Uitni Hyustonun spirtli içki və andepressantların qarışığından yaranan “Ölüm kokteyli”ndən öldüyü ehtimal edilir. Qeyd edək ki, Elvis Presli, Emi Ueynhaus, Hit Lecer və Maykl Ceksonun da bu cür öldükləri bildirilir.